Abşeronda DƏHŞƏT:  tələbə binadan yıxılıb  öldü - VİDEO -YENİLƏNİB
01 noyabr 2025 22:01 (UTC +04:00)

Abşeronda DƏHŞƏT: tələbə binadan yıxılıb öldü - VİDEO-YENİLƏNİB

2

Abşeronda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Məlumata görə, yeniyetmə oğlan sözügedən binada yaşamayıb. O binaya hazırlığa gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, 19 yaşlı şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb:
“01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

 

Sənan Bəhrəmli



***
15:38

Abşeronda gənc oğlan binadan yıxılıb.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata əsasən, hadisə Xırdalan şəhərindəki hündürmərtəbəli binalardan birində qeydə alınıb. Burada yaşayan gənc oğlan naməlum şəraitdə eyvandan yıxılıb. Nəticədə o, hadisə yerində ölüb.

Mərhumun tələbə olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1398

Oxşar yazılar