Ağdamda müəllim  bıçaqlandı
05 iyun 2025 18:48 (UTC +04:00)

Ağdamda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.

Xəsarət aln Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızli kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.

Hadisəni törətməkdə şübhəli bilinən Vasif Səfərov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar