Ağdaşda FACİƏVİ ÖLÜM:  maşın ilk dəfə velosiped sürən kişinin üstündən keçdi - VİDEO
07 noyabr 2026 11:57 (UTC +04:00)

Ağdaşda FACİƏVİ ÖLÜM: maşın ilk dəfə velosiped sürən kişinin üstündən keçdi - VİDEO

0

Noyabrın 6-sı, saat 22 radələrində Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi Vasif Həbilovu vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn “Mercedes” markalı avtomobil onun üzərindən keçib.

Velosipdçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini sözügedən faciəli hadisədən düzgün nəticə çıxarmağa, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində hərəkət edərkən işıq cihazlarını işlək vəziyyətdə saxlamağa, işıqqaytarıcı elementlərin yerində olmasına və təmizliyinə nəzarət etməyə, yolun sağ kənar zolağı ilə getməyə, sürmə vərdişləri olmadığı halda yaşayış zonalarından kənara çıxmamağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar