Ağdaşda "jiquli" ağaca sonra yük maşınına çırpıldı, ölən var
11 mart 2024 08:44 (UTC +04:00)

Ağdaşda "jiquli" ağaca sonra yük maşınına çırpıldı, ölən var

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, gecə saatlarında Ağdaş şəhəri ərazisində “VAZ 2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif xəsarətlər alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

# 2046
avatar

Oxşar yazılar