Şahmatçımız  Avropa çempionu   oldu
29 aprel 2024 17:24 (UTC +04:00)

Şahmatçımız Avropa çempionu oldu

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5.

Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb.

# 1707
avatar

Oxşar yazılar