İyun, iyul və avqustda keçiriləcək  imtahanların saatında  dəyişiklik - SƏBƏB
29 aprel 2024 14:25 (UTC +04:00)

İyun, iyul və avqustda keçiriləcək imtahanların saatında dəyişiklik - SƏBƏB

Dövlət İmtahan Mərkəzinin mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı mayın 12-də olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçirəcəyi imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu barədə Lent.az-a DİM-dən məlumat verilib.

“İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir”, - məlumatda qeyd olunub.

 

# 2484
avatar

Oxşar yazılar