60-cı illərin ayaqqabıları  yay trendinə çevriləcək
29 aprel 2024 12:06 (UTC +04:00)

60-cı illərin ayaqqabıları yay trendinə çevriləcək

Tanınmış modelyerlər 1960-cı illərin ayaqqabılarının 2024-cü ilin yayında geri dönəcəyini proqnozlaşdırıblar.

Lent.az xəbər verir ki, bu barədə “Vogue” portalı yazıb. 

Qeyd olunur ki, gələn mövsüm trend ilk dəfə 1961-ci ildə buraxılmış Amerika “Scholl” brendinin “Pescura” üslublu “sabo”lar olacaq. Bu məhsullar alçaq dabanlar, qızıl və ya gümüş çalarlarda metal aksessuarlar, həmçinin pərçimlər ilə seçilir.

Bir çox məşhurlar artıq öz qarderoblarına oxşar ayaqqabı modellərini daxil ediblər. 

Qadınlar bu yay ayaqqabılarını cins mini ətəklər və onlara uyğun köynəklər, kapri şalvarlar, “oversize” gödəkcələr ilə kombin edə bilərlər. 

# 4140
avatar

Sevinc Fərid

Oxşar yazılar