Şəkərli diabet  riskini artıran   ÜÇ QİDA
29 aprel 2024 17:08 (UTC +04:00)

Şəkərli diabet riskini artıran ÜÇ QİDA

Bir çox insanın sağlam hesab etdiyi bəzi qidalar şəkərli diabetə səbəb ola bilər. Tip 2 diabetin inkişaf riski çox vaxt sağlam hesab edilən üç qidaya görə arta bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, krivetka və digər dəniz məhsullarının 2-ci tip diabetin inkişaf riskini artıra bilər. Bunun əksinə olaraq, ağ və yağlı balıqların diabetə qarşı qoruyucu təsiri olduğu görünür. 

Alimlər müəyyən ediblər ki, həftədə bir və ya daha çox porsiya balıq yeyənlərin 2-ci tip diabetə tutulma riski 25 faiz azalıb. Digər tərəfdən, böyük miqdarda qabıqlı balıq, xüsusilə krivetka və midye istehlak edən insanlarda tip 2 diabet inkişaf riski 36 faiz daha çox idi. 

Tip 2 diabet mədəaltı vəzinin kifayət qədər insulin istehsal etmədiyi və ya insulinin bədən hüceyrələri tərəfindən effektiv şəkildə istifadə edilmədiyi xroniki bir xəstəlikdir.

# 2094
avatar

Arzu Qurbanlı

Oxşar yazılar