Ağdaşda "Jiquli" yolu keçən kişini vurub öldürdü
10 yanvar 2026 13:15 (UTC +04:00)

Ağdaşda "Jiquli" yolu keçən kişini vurub öldürdü

0

Ağdaşda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Yuxarı Ləki kəndi ərazisində qeydə alınıb.

Ağdaş rayon sakini 58 yaşlı Hacıyev Ramis Əsgər oğlu idarə etdiyi “VAZ 2101” minik markalı avtomobillə yolu keçən piyada 60 yaşlı Şərifov Əvəz Hümmət oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1112

Oxşar yazılar