Qəza edən maşın
06 may 2022 14:55 (UTC +04:00)

Qəza edən maşın

Ağdərədə azərbaycanlı və erməni sürücülər TOQQUŞDU - FOTO

Ağdərədə yol nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb. Xəbərdə bildirilir ki, azərbaycanlı sürücünün idarə etdiyi yük avtomobili erməni sürücünün idarə etdiyi taksi minik avtomobili ilə toqquşub.

Zərbənin təsirindən taksi avtomobili dərəyə yuvarlanıb.

Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə isə, erməni sürücü sükan arxasında sərxoş olub. Məhz bu səbəbdən onun avtomobili idarəetmədən çıxaraq aşıb.

# 4890
avatar

Oxşar yazılar