Ağstafada avtomobil aşdı, 3 nəfər xəsarət aldı
02 iyun 2025 08:21 (UTC +04:00)

Ağstafada avtomobil aşdı, 3 nəfər xəsarət aldı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə rayonun Poylu  kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil, yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1964-cü il təvəllüdlü A. Hacıalıyeva, 1979-cu il təvəllüdlü G. İsayeva və 1970-ci il təvəllüdlü N. Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar