FİFA prezidenti eyni anda  iki oyunda göründü - Sirri bu imiş
27 iyun 2026 12:56 (UTC +04:00)

FİFA prezidenti eyni anda iki oyunda göründü - Sirri bu imiş

0

Sosial şəbəkə istifadəçiləri Canni İnfantinonun futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin III turunda eyni vaxtda iki fərqli oyunda görüntülənməsinə diqqət çəkiblər.

Lent.az xəbər verir ki, FIFA prezidenti həm Ekvador-Almaniya qarşılaşmasının keçirildiyi “MetLife Stadium” stadionunda, həm də eyni saatda başlayan Kürasao – Kot-divuar oyununun keçirildiyi Filadelfiya şəhərində yayımlanan görüntülərdə yer alıb.

Qarşılaşmalar eyni vaxtda başlasa da, stadionlar arasında 150 kilometrdən artıq məsafə var. Televiziya yayımında İnfantinonun bir görüntüsü oyunun ikinci dəqiqəsində, digəri isə təxminən 12-ci dəqiqədə nümayiş etdirilib.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olsa da, “Klops” nəşri bunun texniki səbəbdən qaynaqlandığını yazıb. Bildirilir ki, böyük idman turnirlərinin yayımı zamanı VIP qonaqların görüntüləri çox vaxt oyundan əvvəl lentə alınır və rejissorlar həmin kadrları qarşılaşma zamanı uyğun məqamlarda efirə verirlər.

Beləliklə, İnfantinonun eyni anda iki stadionda olması ilə bağlı görüntülərin canlı yayımda eyni vaxtda çəkildiyini təsdiqləyən heç bir sübut yoxdur. Əksinə, bunun əvvəlcədən hazırlanmış videokadrların müxtəlif vaxtlarda efirə verilməsi ilə bağlı olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar