Hamilə arvadını vedrədə boğub öldürdü
27 iyun 2026 12:16 (UTC +04:00)

Hamilə arvadını vedrədə boğub öldürdü

0

Hindistanda bir kişi hamilə arvadını vəhşicəsinə öldürüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kişi ilə hamiləliyinin altıncı ayında olan 26 yaşlı həyat yoldaşı arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib.

İstintaqın ilkin məlumatına əsasən, kişi əvvəlcə qadına bir neçə zərbə endirib, daha sonra isə onun başını su ilə dolu vedrəyə salaraq boğub. Qadın öldükdən sonra hadisə yerindən qaçıb.

Qətldən xəbər tutan qadının yaxınları polisə məlumat veriblər.

Faktla bağlı cinayət işi başlanıb, şübhəli şəxsin saxlanılması istiqamətində axtarış aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar