Ağstafada bir gündə İKİ FACİƏ:  ölənlər var - YENİLƏNİB
17 noyabr 2025 10:01 (UTC +04:00)

Ağstafada bir gündə İKİ FACİƏ: ölənlər var - YENİLƏNİB

0

Ağstafada daha bir nəfər bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Yenigün kəndində qeydə alınıb.

Kənd sakini 74 yaşlı G. Qəhrəmanova yaşadığı evin həyətində su quyusuna düşərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09:23

Ağstafada su motorundakı elektrik 38 yaşlı kişini öldürdü. 

Lent.az xəbər verir ki, hadisə noyabrın 15-də Ağstafanın Düzqışlaq kəndində yaşanıb.

38 yaşlı Vəli Zeynalov saat 22 radələrində kəndində qohumuna məxsus fərdi yaşayış evin arxa hissəsində yerləşən su motorunu təmir edərkən elektrik vurması nəticəsində ölüb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar