Abşeronda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb.
Orada işləyən qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırmalar aparılır.