KAFEDƏ İNSİDENT:  Bakı sakini başından bıçaqlandı
17 noyabr 2025 11:13 (UTC +04:00)

KAFEDƏ İNSİDENT: Bakı sakini başından bıçaqlandı

0

Göygöldə kişi başından bıçaqlanıb.

Lent.az xəbər verir ki,  hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.

Belə ki, kafedə dava zamanı Bakı şəhər sakini, 29 yaşlı Ə.Həmidov başından bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, xəsarət alan Ə.Həmidov sözü gedən kafedə Gəncə şəhər sakini, 26 yaşlı İ.Əliyevlə aralarında dava düşüb. Dava zamanı sonuncu Bakı şəhər sakini Ə.Həmidovun başına bıçaqla xəsarət yetirib. 

Məlumata görə hər iki şəxs sərxoş olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar