Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
16 noyabr 2025 12:49 (UTC +04:00)

Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Hikmət Hacıyev: Zəngəzur dəhlizi ilə dünyaya açılmaq üçün yeni imkanlar əldə edirik

0

“Zəngəzur dəhlizi ilə Naxçıvanla birləşməklə Türkiyəyə daxil olmaq və Türkiyə limanları ilə dünyaya açılmaq üçün yeni imkanlar əldə edirik”.

Lent.az xəbər verir ki, bunu APA-nın Daşkəndə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Zəngəzur dəhlizi Mərkəzi Asiya-Azərbaycan platforması çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat və logistika sahəsində əməkdaşlığımız üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir. Bir daha qardaş Özbəkistana bu qərarın qəbulu ilə bağlı dərin təşəkkürümüzü bildirmək istəyirdim. Azərbaycanda Özbəkistanı çox sevirlər. Biz ortaq mədəniyyətimizlə, ortaq dəyərlərimizlə qürur duyuruq. Bundan sonra Azərbaycan-Özbəkistan qardaşlığı və dostluğu daha da dərinləşəcək. Bununla bağlı iki ölkənin liderləri bizim hamımız üçün çox gözəl nümunə göstərirlər”, - deyə Hikmət Hacıyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar