Lənkəranda DƏHŞƏT:  2 nəfər zibillikdə yanıb öldü - YENİLƏNİB
17 noyabr 2025 11:48 (UTC +04:00)

Lənkəranda DƏHŞƏT: 2 nəfər zibillikdə yanıb öldü - YENİLƏNİB

0

Lənkəranda yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayon Kazımabad kənd sakinləri olduğu məlum olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, ötən gün yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 55 yaşlı Sərraf Bulud oğlu Mustafayev və 59 yaşlı Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların kimliyini dəqiqləşdirmək üçün ailə üzvlərindən analiz götürülüb.

Onların fermada gözətçi işlədikləri bildirilir.

Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

***

09:55

Lənkəranda zibillikdə meyiti tapılan 2 nəfərin kimliyi məlum olub.

Lent.az xəbər verir ki, araşdırmalar zamanı onların 59 yaşlı Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olmaları  müəyyən edilib.

İlkin məlumata görə, onlar yanaraq ölüblər.

***

16 noyabr, saat 16:17

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

Meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə, ölənlərin hər ikisi kişidir.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2234

Oxşar yazılar