Ağstafada bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
22 yaşlı Ş. İsmayılova yaşadığı evdə pəncərəni təmizləyən zaman yıxılıb. Gənc qadın hadisə yerində ölüb.
Qeyd edək ki, ötən ay ailənin azyaşlı övladı - 1 yaşlı N. İsmayılova qəfil ölüb. Ötən ilin avqust ayında isə İsmayılovların övladları 2 yaşlı G. İsmayılzadə qıc olma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G. İsmayılzadənin öldüyü məlum olub.
Xatırladaq ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 59 yaşlı Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 58 yaşlı Xatirə İsmayılova daşların altında qalaraq ölüblər. Ş. İsmayılova Füzuli və Xatirə İsmayılovların gəlini olub.(APA)