Ağstafada qadını hamamda elektrik cərəyanı vurub öldürdü
19 sentyabr 2026 20:04 (UTC +04:00)

Ağstafada qadını hamamda elektrik cərəyanı vurub öldürdü

0

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Kənd sakini, 64 yaşlı M. Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağstafa, Qaçaq Kərəm, bədbəxt hadisə, elektrik cərəyanı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar