Ronaldonun "Çelsi"yə transferinin  qarşısını kim alıb? - Qəti etiraz...
19 sentyabr 2026 17:58 (UTC +04:00)

Ronaldonun "Çelsi"yə transferinin qarşısını kim alıb? - Qəti etiraz...

0

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel 2022-ci ildə hücumçu Kriştiano Ronaldonun London klubuna transferinin qarşısını alıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, həmin dövrdə Ronaldo “Mançester Yunayted”ə qayıdışından sonra çətin mərhələ yaşayıb. 2021-2023-cü illəri əhatə edən bu dönəm uğursuz alınıb.

Bir müddət “Çelsi”nin idman direktoru vəzifəsini də icra edən amerikalı biznesmen Todd Bouli klubdakı ilk transfer pəncərəsində Ronaldonu heyətə qatmağa çalışıb. Bouli futbolçunun agenti Jorje Mendeşlə görüşüb və mümkün transferlə maraqlanıb.

Məlumata görə, Bouli Ronaldonun Londona gətirilməsini real variant hesab edib. Lakin bir il əvvəl “Çelsi” ilə Çempionlar Liqasını qazanan Tomas Tuxel bu transferə qarşı çıxıb.

Bildirilir ki, almaniyalı mütəxəssis portuqaliyalı hücumçunun transferi ilə bağlı istənilən razılaşmaya “aydın şəkildə və dəfələrlə qəti etirazını” bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar