Bakıda FACİƏ:  2 nəfər dənizdə batdı
19 sentyabr 2026 17:45 (UTC +04:00)

Bakıda FACİƏ: 2 nəfər dənizdə batdı

0

Bakıda 2 nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar