Ağsuda dələduz "məmur"  həbs olundu
03 dekabr 2025 11:48 (UTC +04:00)

Ağsuda dələduz "məmur" həbs olundu

0

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər də dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb. 

Lent.az-ın məlumatına görə, o, özünü vəzifəli şəxs kimi təqdim edərək müxtəlif vədlərlə zərərçəkmişlərdən bank kartına pul göndərməsini tələb edib. 

Q.Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23 sutka inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar