Ağsuda maşın aşdı, sürücü öldü
30 may 2025 09:04 (UTC +04:00)

Ağsuda maşın aşdı, sürücü öldü

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə mayın 25-də baş verib.

33 yaşlı Abdullayev Radim Əlbaba oğlunun “Mercedes Benz E220 minik” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Görülən tədbirlərə baxmayaraq, R. Abdullayev mayın 29-da orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar