Toğrul Cəfərli
05 noyabr 2021 11:05 (UTC +04:00)

Toğrul Cəfərli

Almaniyada itən azərbaycanlı həkim görün harada TAPILDI

Almaniyada itkin düşən azərbaycanlı həkim tapılıb.

Bu barədə Lent.az-a onun bacısı Aysel Şıxəliyeva məlumat verib.

O bildirib ki, qardaşı Toğrul Cəfərli Macarıstanda tapılıb: “Toğrul Macarıstanın paytaxtı Budapeştdə idi. Oktyabrın 27-də Budapeştdən Almaniyanın Frankfurt şəhərinə getməli idi. Lakin xəbər aldıq ki, Budapeştdən təyyarə ilə yola düşməyib. Daha dəqiq məlumatı qardaşım gələndən sonra öyrənəcəyik”.

Qeyd edək ki, Almaniyanın Bavariya vilayətinin Lohr-am-main şəhərində psixologiya xəstəxanalarının birində çalışan azərbaycanlı həkim Toğrul Cəfərlidən bir neçə gün idi ki, xəbər yox idi. Onun axtarışlarına yerli polis əməkdaşları cəlb olunmuş və səfirlik də işə qarışmışdı.

# 10872
avatar

Mehman Nəbiyev

Oxşar yazılar