Ana və iki övladı  yanıb öldü, ata sağ qaldı
16 dekabr 2025 13:48 (UTC +04:00)

Ana və iki övladı yanıb öldü, ata sağ qaldı

0

Rusiyanın Voloqda vilayətində yanğın zamanı 3 nəfər ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə dekabrın 16-na keçən gecə Kıçmenqski Qorodok qəsəbəsində baş verib.

İlkin məlumatlara görə, alov qısa müddətdə bütün evi bürüyüb. Bələdiyyə dairəsinin rəhbəri Andrey Andrinoviçin bildirdiyinə görə, yanğın nəticəsində 28 yaşlı qadın, eləcə də onun iki övladı — 10 yaşlı və 9 yaşlı oğlu və qızı həlak olub.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına əsasən, yanğınsöndürənlər hadisə yerinə çatmazdan əvvəl evin bir hissəsində yaşayan iki sakin müstəqil şəkildə təxliyə olunub. Qonşu mənzildən isə bir kişi üç yaşlı oğlu ilə birlikdə çıxmağa müvəffəq olub. Lakin onun birlikdə yaşadığı qadın və əvvəlki nikahdan olan iki övladı xilas ola bilməyiblər. Onların meyitləri yanğın söndürüldükdən sonra aşkar edilib.

Hazırda bu dəhşətli yanğının səbəbləri müəyyənləşdirilir. İnsanların ölümü faktı üzrə istintaq orqanları tərəfindən yoxlama aparılmasına başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar