Salyanda AİLƏ DRAMI:   anasını öldürdü, atasını və gəlinini yaraladı
27 oktyabr 2026 14:00 (UTC +04:00)

Salyanda AİLƏ DRAMI: anasını öldürdü, atasını və gəlinini yaraladı

0

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində ailə münaqişəsi zəminində qeydə alınıb.

1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası, 1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 732

Oxşar yazılar