Araz Musayevi bıçaqlayanların ikisi tanınmaz halda tutulub  - YENİ DETALLAR
13 yanvar 2026 17:48 (UTC +04:00)

Araz Musayevi bıçaqlayanların ikisi tanınmaz halda tutulub - YENİ DETALLAR

0

Türkiyədə Azərbaycan Muay-Tay Federasiyasının keçmiş prezidenti Araz Musayevə qarşı sui-qəsd cəhdi edənlərin növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə azərbaycanlı muay tay məşqçisi Şəhriyar İsayev şahid qismindı ifadə verib. O bildirib ki, Araz Musayevlə qarşı tərəf arasında federasiyaya prezidentlik uğrunda ədavət yaranıb:

“Araz Musayev kiməsə haqsızlıq edən deyil. Kadrlarda onun qarşısında duran mənəm. Araz Musayev dedi ki, məni vurmaq istəyirlər, hadisə də həmin an baş verdi. O, öz cibinin pulu ilə bizi Türkiyəyə yarışlara gətirmişdi. 2024-cü ilin avqustundan bəri Araz Musayevlə aralarında federasiyaya rəhbərlik uğrunda ədavət var. Bunu Azərbaycanda hər kəs bilirdi”.

Qeyd edək ki, hadisə 2025-ci il mayın 28-də Kəmər şəhərinin Göynük məhəlləsində Atatürk idman zalının önündə baş verib. Naməlum şəxslər əvvəlcə Araz Musayevi yumruqla vuraraq, yerə yıxıb. Sonra isə boğazından və qarnından bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən Musayevin həyatı xilas edilib.

Sui-qəsdi sifariş etdirdiyi deyilən Azər Həsənov Kəmər şəhərində saxlanılıb. Özbəkistanlı A.R. və K.K. Antalya hava limanında saxlanılıblar, Eynulla Babazadə isə Rusiyada interpol tərəfindən saxlanılaraq, Türkiyəyə gətirilib. Türkiyədən uçmağa bilet tapa bilməyən Fuad Babayev və Rəşad Səlimov isə tanınmamaq üçün saç və saqqallarını qırxdırıb paltarlarını dəyişərək, yenidən Antalya aeroportuna gediblər. Lakin burada tutulublar. Daha sonra Məhəmməd Qaytayev və Vüqar Əsədov da saxlanılıblar.

Özbəkistanlı A.R. və K.K. sonradan sərbəst buraxılıblar. Azər Həsənov, Eynulla Babazadə, Elşən Əbdülrəhimov, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə həbs ediliblər. Sui-qəsdə cəhd ittihamı ilə mühakimə olunan Vüqar Əsədov, Azər Həsənov və Elşən Əbdülrəhimov əvvəlki məhkəmə iclasında məhkəmə nəzarəti altında sərbəst buraxılıblar. Məhkəmə heyəti təqsirləndirilən şəxslər Eynulla Babazadə, Fuad Babayev və Rəşad Səlimovun həbsinin davam etdirilməsi, həbsdə olmayan təqsirləndirilən şəxslər Vüqar Əsədov, Azər Həsənov və Elşən Əbdülrəhimov barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul edib və məhkəmə iclasını təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar