Astarada sel körpünü çökdürdü
03 oktyabr 2025 10:03 (UTC +04:00)

Astarada sel körpünü çökdürdü

0

Astara rayonunun Sərək kəndində sel suları 30 il bundan əvvəl vətəndaşlar tərəfindən kustar üsulla salınan körpünü dağıdıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, əsasən kiçik avtomobillərin və piyadaların keçidi üçün nəzərdə tutulan körpü tam yararsız hala düşüb.

Sel suları əsasən, körpünün torpaq qatını yuyub, üst hissəsini tamamilə dağıdıb və körpü çöküb.

Körpü qısa müddətdə təmir olunmasa, kəndlərin rayonla əlaqəsi tamamilə kəsiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar