Avtobus körpüyə çırpıldı,  20 nəfər öldü
28 mart 2023 11:09 (UTC +04:00)

Avtobus körpüyə çırpıldı, 20 nəfər öldü

Səudiyyə Ərəbistanının cənub-qərbində həddindən artıq sərnişinlə dolu olan avtobus körpüyə çırpılıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, toqquşma nəticəsində o, aşıb və alovlanıb, azı 20 nəfər həlak olub.

Bundan başqa, qəza nəticəsində 29 nəfər xəsarət alıb. Qəza Yəmənlə həmsərhəd olan Assir əyalətində baş verib.

İlkin versiyaya görə, qəzaya səbəb avtobusda əyləcin sıradan çıxması olub.

.
 

# 1215
avatar

Oxşar yazılar