Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü
05 may 2025 08:11 (UTC +04:00)

Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü

Zaqatalada minik avtomobili ağaca çırpılıb, sürücü hadisə yerində ölüb.

Lent.az-ın məlumatına görə, hadisə mayın 4-dən 5-nə keçən gecə Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişindən keçən hissəsində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü, Zaqatala rayonu Muğanlı kənd sakini Elsevər Mahmud oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü E. Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və o, sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

E. Məmmədovun meyiti hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8716

Oxşar yazılar

Xırdalanda gənc oğlan özünü binadan atmaq istədi

Xırdalanda gənc oğlan özünü binadan atmaq istədi

5 may 2025 , 11:29
Xaçmazda DƏHŞƏT:  özünü qatarın altına atdı - YENİLƏNİB

Xaçmazda DƏHŞƏT: özünü qatarın altına atdı - YENİLƏNİB

5 may 2025 , 10:22
Kartlardan daha 46 min manat  oğurlandı

Kartlardan daha 46 min manat oğurlandı

5 may 2025 , 10:10
Kəlbəcər sakini meşədə itdi

Kəlbəcər sakini meşədə itdi

5 may 2025 , 09:52
Mingəçevirdə EVDƏ PARTLAYIŞ:  xəsarət alan var

Mingəçevirdə EVDƏ PARTLAYIŞ: xəsarət alan var

5 may 2025 , 09:26
Gədəbəydə FACİƏ:  kişi dəm qazından zəhərlənib öldü

Gədəbəydə FACİƏ: kişi dəm qazından zəhərlənib öldü

5 may 2025 , 09:23
10 yaşlı oğlan 7 yaşlı qızı zorladı:  Videoya çəkdi

10 yaşlı oğlan 7 yaşlı qızı zorladı: Videoya çəkdi

5 may 2025 , 00:19
Ağstafada ağır qəza - 5 nəfər yaralandı

Ağstafada ağır qəza - 5 nəfər yaralandı

4 may 2025 , 23:30