"Avroviziya 2025"də   şərhçilərimiz kimlər olacaq?
05 may 2025 11:22 (UTC +04:00)

"Avroviziya 2025"də şərhçilərimiz kimlər olacaq?

“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub.

Lent.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb.

Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri müğənni Elnarə Xəlilova və televiziya-radio aparıcısı Ağa Nadirovdur.
Mayın 13, 15 və 17-də İTV-də birbaşa yayımlanacaq 69-cu “Avroviziya” mahnı müsabiqəsi saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar