"Avtoş"luq edən  sərxoş sürücü   tutuldu -  FOTO
23 noyabr 2021 14:21 (UTC +04:00)

"Avtoş"luq edən sərxoş sürücü tutuldu - FOTO

Dövlət yol polisi əməkdaşları axşam saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində xidmət apararkən “Opel Astra” markalı avtomobilin sürücüsünün yol hərəkət qaydalarını pozduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq təhlükəli manevrlər etməklə ərazidən uzaqlaşmağa çalışıb.

Saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinin sürücüsü Liman şəhər sakini Murad Muradovun sərxoş olduğu müəyyən edilib. Onun barəsində inzibati qaydada protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.

# 1551
avatar

Mehman Nəbiyev

Oxşar yazılar