AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib  - RƏSMİ  - YENİLƏNİB
26 iyun 2022 20:38 (UTC +04:00)

AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib - RƏSMİ - YENİLƏNİB

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

18:47

Bərdədə qətl törədilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Samux kənd sakini 1968-ci il təvəllüdlü Xəzər Məmmədov münaqişə zəminində 1954-cü il təvəllüdlü  Çapay Sadıqlını dəryazla vuraraq  qətlə yetirib.

Bildirilib ki, tərəflər arasında münaqişəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə olub.

Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki,  Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib: "Faktla bağlı cinayət işi başlanıb. Onu da qeyd edim ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur".

# 5568
avatar

Oxşar yazılar

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı  - FOTO

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO

19 mart 2024 , 06:23
Rəqqasə Renka qəzaya düşdü

Rəqqasə Renka qəzaya düşdü

18 mart 2024 , 23:21
Şəkidə DƏHŞƏT:  qan qusan yeniyetmə öldü

Şəkidə DƏHŞƏT: qan qusan yeniyetmə öldü

18 mart 2024 , 22:05
Arvadını və oğlunu  güllələdi

Arvadını və oğlunu güllələdi

18 mart 2024 , 19:25
“Nicat Lənkəranski”yə  hökm oxundu

“Nicat Lənkəranski”yə hökm oxundu

18 mart 2024 , 18:12
Bərdədə  azyaşlı qızı   it dişlədi

Bərdədə azyaşlı qızı it dişlədi

18 mart 2024 , 17:31
Bakıda oğurluq edən  keçmiş məhkum   tutuldu

Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

18 mart 2024 , 17:14
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

18 mart 2024 , 15:02