Göygöldə ölümnə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yün maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü hadisə yerində həyatını itirib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.