“Qalatasaray”da Abdullah Kavukcu da istefa verdi
01 noyabr 2026 19:57 (UTC +04:00)

“Qalatasaray”da Abdullah Kavukcu da istefa verdi

0

“Qalatasaray”ın İdarə Heyətinin sədr müavini Abdullah Kavukcu vəzifəsindən istefa verib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, klub rəsmisi bu barədə açıqlama yayıb.

Kavukcu oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasından sonra klubun vitse-prezidenti Metin Öztürklə aralarında mübahisə yaşandığını bildirib. O, hadisənin sosial şəbəkələrdə şişirdilərək və həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini vurğulayıb.

Klubun nüfuzuna və birliyinə zərər dəyməməsi üçün İdarə Heyətinin üzvlüyündən ayrılmaq qərarına gəldiyini açıqlayan Kavukcu “Qalatasaray”a bundan sonra da dəstək olacağını qeyd edib.

Qeyd edək ki, bu gün keçirilən iclasda Abdullah Kavukcu ilə Metin Öztürk arasında qarşılıqlı sözlü mübahisə baş verib. Hadisədən sonra Öztürk də klubdakı vəzifələrindən istefa verdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar