Ağstafada avtomobil iki yeniyetmə qızı vurdu
01 noyabr 2026 19:52 (UTC +04:00)

Ağstafada avtomobil iki yeniyetmə qızı vurdu

0

Ağstafada iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 2010-cu il təvəllüdlü S. Əhmədovanı və 2010-cu il təvəllüdlü N. Qasımovanı vurub.

Hər iki yeniyetmə qız dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında ehtiyatsızlıq nəticəsində baş verib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar