AZAL Barselonaya uçuşları bərpa edir
30 yanvar 2023 20:39 (UTC +04:00)

AZAL Barselonaya uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Barselonaya uçuşları bərpa edərək Bakıdan Avropaya marşrut şəbəkəsini genişləndirir.

Lent.az-ın xəbərinə görə, Bakı-Barselona-Bakı marşrutu üzrə ilk reys mayın 2-də həyata keçiriləcək.

Barselona İspaniyanın ikinci əhəmiyyətli şəhəri və Avropanın ən böyük turizm mərkəzlərindən biridir.  Barselona həm də mülayim iqlimi, dənizi və qum çimərlikləri ilə məşhur olan kurort şəhəridir.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks istiqamətdə həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü yerinə yetirəcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
 

# 1161
avatar

Oxşar yazılar

Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU

Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU

29 mart 2023 , 13:14
İlham İsmayılın oğlu saxlanıldı

İlham İsmayılın oğlu saxlanıldı

29 mart 2023 , 13:10
"Sədərək"də DAVA:  Qadını döydülər

"Sədərək"də DAVA: Qadını döydülər

29 mart 2023 , 12:53
13 kiloqramdan çox narkotik vasitəsi TAPILDI

13 kiloqramdan çox narkotik vasitəsi TAPILDI

29 mart 2023 , 12:39
İdmançı fitnes klubun  hovuzunda boğuldu

İdmançı fitnes klubun hovuzunda boğuldu

29 mart 2023 , 12:24
Azərbaycanlı dəstə başçısına 11 il həbs

Azərbaycanlı dəstə başçısına 11 il həbs

29 mart 2023 , 12:17
DİN əməliyyat keçirdi: 4 kilodan çox narkotik  aşkar edildi

DİN əməliyyat keçirdi: 4 kilodan çox narkotik aşkar edildi

29 mart 2023 , 11:47
Bakıda  49 yaşlı kişini döyüb   öldürdülər

Bakıda 49 yaşlı kişini döyüb öldürdülər

29 mart 2023 , 11:33