Şimali Amerikanın altında tektonik plitə parçalanarkən  “yaxalandı”
26 sentyabr 2026 00:37 (UTC +04:00)

Şimali Amerikanın altında tektonik plitə parçalanarkən “yaxalandı”

0

 

Alimlər Kanadanın Vankuver adası yaxınlığında Yer qabığının bir hissəsinin geoloji baxımdan parçalanma prosesini müşahidə ediblər.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily Luiziana Dövlət Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Söhbət Kaskadiya subduksiya zonasından gedir. Burada okean plitəsi Şimali Amerika plitəsinin altına doğru hərəkət edir.

Yeni seysmik məlumatlar plitənin bəzi hissələrinin tədricən ayrıldığını göstərir. Alimlər bu prosesi tektonik sistemlərin necə “öldüyünü” anlamaq üçün nadir fürsət hesab edirlər. Araşdırma konkret zəlzələnin yaxın zamanda baş verəcəyinə dair proqnoz deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar