AZAL-ın təyyarəsinin vurulmasına görə Çeçenistan aeroportunun rəhbəri istintaqa cəlb edildi
30 dekabr 2024 11:46 (UTC +04:00)

AZAL-ın təyyarəsinin vurulmasına görə Çeçenistan aeroportunun rəhbəri istintaqa cəlb edildi

Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğramasına görə, dünən axşam saatlarında müstəntiqlər Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, dindirilənlər arasında Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev də var. O bildirib ki, bütün sistemlər işlək vəziyyətdədir və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb. Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.

Həmçinin dindirilənlərdən biri faciə zamanı təyyarəni idarə edən dispetçer keçmiş futbolçu Əli İdrisovdur. İdrisov deyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və “Xalça” planı barədə fövqəladə vəziyyətdən beş dəqiqə sonra məlumat alıb.

O, PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edir. İddialara görə, o, təyyarənin ekipajının hesabatına əsaslanaraq, hadisəni sona qədər quş vurması kimi qiymətləndirib.

Əli İdrisov dispetçer olmamışdan əvvəl peşəkar futbolçu olub və Ramzan Kadırovun sevimli klubu “Terek Qroznı”da (indiki “Axmat”) çıxış edib. Daha sonra, 2016-cı ildə Regionlararası İnşaatçılar Birliyində hüquqşünas kimi işə düzəlib.

Əli İdrisov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17263

Oxşar yazılar

Xaçmazda DƏHŞƏT:  özünü qatarın altına atdı - YENİLƏNİB

Xaçmazda DƏHŞƏT: özünü qatarın altına atdı - YENİLƏNİB

5 may 2025 , 10:22
Kartlardan daha 46 min manat  oğurlandı

Kartlardan daha 46 min manat oğurlandı

5 may 2025 , 10:10
Kəlbəcər sakini meşədə itdi

Kəlbəcər sakini meşədə itdi

5 may 2025 , 09:52
Mingəçevirdə EVDƏ PARTLAYIŞ:  xəsarət alan var

Mingəçevirdə EVDƏ PARTLAYIŞ: xəsarət alan var

5 may 2025 , 09:26
Gədəbəydə FACİƏ:  kişi dəm qazından zəhərlənib öldü

Gədəbəydə FACİƏ: kişi dəm qazından zəhərlənib öldü

5 may 2025 , 09:23
Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü

Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü

5 may 2025 , 08:11
10 yaşlı oğlan 7 yaşlı qızı zorladı:  Videoya çəkdi

10 yaşlı oğlan 7 yaşlı qızı zorladı: Videoya çəkdi

5 may 2025 , 00:19
Ağstafada ağır qəza - 5 nəfər yaralandı

Ağstafada ağır qəza - 5 nəfər yaralandı

4 may 2025 , 23:30