Azərbaycan vətəndaşlarından rüşvət alan polis rəisi  HƏBSDƏ QALDI
25 sentyabr 2026 10:37 (UTC +04:00)

Azərbaycan vətəndaşlarından rüşvət alan polis rəisi HƏBSDƏ QALDI

0

Rusiyada Azərbaycan vətəndaşından rüşvət alan keçmiş polis rəisinin iddiası təmin olunmayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Voronej vilayəti Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin keçmiş rəisi Sergey Çervontsevin vəkilinin vəsatətinə Birinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsində baxılıb.

Qərara əsasən, vəkilin ittiham hökmünün ləğvi ilə bağlı şikayəti təmin edilməyib.

Lakin vilayət prokurorluğunun məhkumdan 5 min rubl məbləğində xırda rüşvətin müsadirə olunması ilə bağlı təqdimatı isə təmin olunub.

Qeyd edək ki, 2025-ci ilin iyununda Voronejin Sovetski Rayon Məhkəməsi Sergey Çervontsevi iki dəfə əhəmiyyətli məbləğdə və bir dəfə xırda rüşvət almaqda təqsirli bilib. Keçmiş polis əməkdaşına cəzasını ümumi rejimli həbsxanada çəkməklə 4 il 6 ay həbs və 600 min rubl cərimə cəzası verilib.

Məlumata görə, Sergey Çervontsev 2022-ci ilin mart və iyun aylarında iki Azərbaycan vətəndaşına saxta sənədlər əsasında Rusiyada müvəqqəti yaşamaq icazəsinin verilməsinə kömək etmək müqabilində hər dəfə 30 min rubl rüşvət alıb.

Keçmiş polis əməkdaşı 2023-cü ilin yayında regional Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə saxlanılıb və daha sonra həbs edilib.

Cinayət işi 2024-cü ilin iyulundan etibarən məhkəmədə araşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar