Azərbaycana Rusiyadan qonaq gələn gənci ilan sancdı
06 iyul 2021 19:26 (UTC +04:00)

Azərbaycana Rusiyadan qonaq gələn gənci ilan sancdı

Goranboyda 26 yaşlı oğlanı ilan vurub.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Səfikürd kəndində baş verib. Kənddə qonaq olan Rusiya vətəndaşı Nəsibov Vüqar Asif oğlunu həyətdə ayağından ilan vurub.

Xəstəxanaya yerləşdirilən gəncə lazımi tibbi yardım göstərilib, vəziyyəti stabildir. Hazırda xəstəxana şəraitində müalicəsi davam edir.

# 1863
avatar

Oxşar yazılar