Azərbaycanda bir ailənin  4 üzvü  qazdan zəhərləndi
06 dekabr 2022 09:23 (UTC +04:00)

Azərbaycanda bir ailənin 4 üzvü qazdan zəhərləndi

Bərdədə zəhərlənmə hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. 35 yaşlı Qədirova Günel Habil qızı, onun övladı 17 yaşlı Zeynalova Güllü Rac qızı, gəlinləri 31 yaşlı Qədirova Sevinc Nurəddin qızı və onun övladı 11 yaşlı Qədirli Leyla Ayaz qızı yaşadıqları evdə qaz sobasının tüstüsündən zəhərləniblər.

Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

# 2991
avatar

Mehman Nəbiyev

Oxşar yazılar