Azərbaycanda hamilə qadın özünü kanala ataraq İNTİHAR ETDİ  - YENİLƏNİB
11 noyabr 2021 15:46 (UTC +04:00)

Azərbaycanda hamilə qadın özünü kanala ataraq İNTİHAR ETDİ - YENİLƏNİB

Göyçayda itkin düşən qadının meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, poli əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 29 yaşlı Nuranə Şıxıyevanın meyiti Yuxarı Şirvan kanalında aşkar edilib. 

Onun intihar etdiyi bildirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, qadının meyiti Yuxarı Şirvan kanalının Göyçay rayonu Cəyirli kəndindən keçən hissəsində tapılıb.

Hazırda faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

***

Saat: 14:39

Göyçayda gənc qadın yoxa çıxıb.

 Lent.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Ucar rayon Qazıqumlaq kənd sakini olan Nuranə Şıxıyeva ötən gün qaynı ilə birgə İsmayıllı rayonuna qonaq gediblər. Bu gün oradan qayıdarkən saat 11 radələrində Göyçayın Potu kəndi ərazisində, Yuxarı Şirvan kanalının yaxınlığında qaynından xahiş edib ki, maşını saxlasın. O, əlindəki sellofan torbanı atmaq üçün maşından düşüb və yoxa çıxıb. Bir müddət sonra gəlinlərinin gəlmədiyini görən qayın yaxınlıqdakı polis əməkdaşlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. O qeyd edib ki, hazırda axtarış işləri gedir.

Qeyd edək ki, itkin düşən qadın bir uşaq anasıdır. Onun hamilə olduğu bildirilir.

# 6822
avatar

Mehman Nəbiyev

Oxşar yazılar