Azərbaycanda İranın casus şəbəkəsinə qarşı YENİ ƏMƏLİYYAT:   saxlanılanlar var
13 aprel 2024 10:21 (UTC +04:00)

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı YENİ ƏMƏLİYYAT: saxlanılanlar var

Azərbaycan polisi İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində yeni əməliyyat tədbirləri həyata keçirib. 

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, aparılan əməliyyat tədbirləri nəticəsində 10-a yaxın şəxs saxlanılıb.

Saxlanılanlardan ikisinin kimliyi müəyyənləşib. 

Onlar - Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmirovdur.

Lent.az-ın əldə etdiyi məlumata görə, adı çəkilən şəxslər narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

 

# 2631
avatar

Oxşar yazılar