Azərbaycanda maşın və telefonların gömrük qiyməti artır? - RƏSMİ CAVAB
29 oktyabr 2021 17:49 (UTC +04:00)

Azərbaycanda maşın və telefonların gömrük qiyməti artır? - RƏSMİ CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasına bu günə olan mövzusu avtomobil və telefonların gömrük qiymətlərinin bahalaşması ilə bağlı yayılan iddialarla bağlıdır.

Son zamanlar sosial şəbəkələrdə adı çəkilən malların gömrük qiymətlərinin gələn ildən artırılacağı ilə bağlı iddialar yayılır. Əksəriyyət bu səbəblə həmin məhsulların bahalaşacağını dilə gətirir.

Görəsən, yayılan iddialar nə dərəcədə doğrudur? Həqiqətən 2022-ci ildən ölkəyə idxal olunan avtomobil və mobil telefonların gömrük rüsumu artılır:

Rubrikamızın sualına Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov cavab verib. O bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir:

"Gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil".

# 7152
avatar

Mehman Nəbiyev

Oxşar yazılar