Astarada küçədə yüksək səslə söyüş söyən kişi cərimələnib.
Lent.az xəbər verir ki, hadisə Deqədi kəndi ərazisində qeydə alınıb.
34 yaşlı rayon sakini Pərviz Alışanov (ad və soyad şərtidir) kənd ərazisində söydüyü üçün saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Barəsində inzibati iş üzrə icraat aparılan Pərviz bildirib ki, ikinci qrup əlil kimi təqaüd alırdı. Lakin son vaxtlar təqaüdü kəsilib. Bundan dilxor olduğu üçün kənd ərazisində əsəbiləşərək, uca səslə nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Astara rayon Məhkəməsinin qərarı ilə Pərviz Alışanov 50 manat məbləğində cərimələnib.