Azərbaycandan aparılan heyvan mənşəli məhsullar Rusiyaya buraxılmadı
16 iyul 2025 09:53 (UTC +04:00)

Azərbaycandan aparılan heyvan mənşəli məhsullar Rusiyaya buraxılmadı

Rusiyada Rosselxoznadzorun əməkdaşları sənədləri və zavod qablaşdırması olmayan, heyvan mənşəli təxminən 175 kiloqram təhlükəli məhsulun Perm diyarına gətirilməsinin qarşısını alıblar. 

Lent.az xəbər verir ki, bu barədə Rosselxoznadzorun Kirov vilayəti, Udmurtiya və Perm diyarı üzrə idarəsinin rəsmi saytında məlumat verilib. Məhsullar Permin beynəlxalq hava limanına (Böyük Savino) Azərbaycan və Özbəkistandan olan reyslərlə gətirilib.

 “15 iyun tarixində Özbəkistandan gələn reysin yoxlanışı zamanı sərnişinlərdən birinin əl yükündə çəkisi təxminən 2 kiloqram olan süd məhsulu aşkarlanıb. Məhsul ev şəraitində hazırlanmış, üzərində nişanlama, istehsalçı haqqında məlumat, saxlanma müddəti göstərilməmişdi və Rusiyaya idxalına icazə verilmirdi. Cari ilin əvvəlindən bəri Rosselxoznadzor mütəxəssisləri mənşəyi naməlum olan bu cür məhsullardan ümumilikdə 175 kiloqramını müsadirə edib və məhv ediblər,” — deyə qurumun məlumatında bildirilir.

Rosselxoznadzor vurğulayıb ki, Rusiya qanunvericiliyinə əsasən, bu cür məhsullar potensial təhlükəli hesab olunur, çünki onlar insanlar və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərin törədicilərini daşıya bilər. Heyvan mənşəli məhsulların baytarlıq sənədləri və zavod qablaşdırması olmadan idxalı qüvvədə olan sanitariya normaları ilə qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar