Azərbaycandan gizli yolla qaçan  5 əcnəbi sərhəddə tutuldu
23 oktyabr 2025 11:07 (UTC +04:00)

Azərbaycandan gizli yolla qaçan 5 əcnəbi sərhəddə tutuldu

0

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Qeyd olunub ki, “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 Mərakeş Krallığı vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə 3 nəfər Pakistan İslam Respublikası vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar