Azərbaycanlı icmasının rəhbəri həbs olundu - YENİLƏNİB
03 dekabr 2025 17:17 (UTC +04:00)

Azərbaycanlı icmasının rəhbəri həbs olundu - YENİLƏNİB

1

Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski rayon məhkəməsi Uralda Azərbaycan diasporunun yeni lideri kimi tanınan və dələduzluqda ittiham olunan Vidadi Mustafayevi istintaq təcridxanasına göndərib. Onun həbs olunması barədə istintaq israr edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hakim Yuliya Merkulovanın qərarı ilə Vidadi Mustafayev 2026-cı il yanvarın 31-dək barmaqlıq arxasında qalacaq.

Xatırladaq ki, Mustafayev dekabrın 1-də “İset” qülləsinin yaxınlığındakı fitnes-klubdan çıxarkən saxlanılıb. İlkin məlumatlara görə, onun əleyhinə ifadəni dostu azərbaycanlı Novruz Sadatov verib. O, məhkəmədə Mustafayevin guya onu aldadaraq 16 milyon rubl mənimsədiyini iddia edib. Bunu vilayət üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin müstəntiqi məhkəmədə bildirib.

Bundan əlavə, işdə ikinci epizodun da ola biləcəyi qeyd olunur. Ehtimal edilir ki, bu epizod torpaq sahələri ilə bağlı saxtakarlıqla əlaqəlidir. Bu epizodun mümkün zərərçəkənləri isə “Aqroprodukt” MMC-nin keçmiş əməkdaşlarıdır.

***
1 dekabr, saat: 19:44

Yekaterinburqda polis xüsusi təyinatlıların müşayiəti ilə Uralda (Şahin Şıxlinskidən sonra) azərbaycanlıların yeni lideri Vidadi Mustafayevi saxlayıb. 

Lent.az bildirir ki, bu barədə E1.RU-ya bir neçə müstəqil mənbə məlumat verib.

Mənbələrdən biri bildirib ki, ilkin məlumatlara görə, o, torpaq sahəsinin saxtakarlıqla satılmasında şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1616

Oxşar yazılar